İdmanGündəm

“Real” Endriki “Real Sosyedad”a icarəyə verməyi planlaşdırıb

“Real”ın hücumçusu Endrik zədəli olmasaydı, ötən ay icarə əsasında “Real Sosyedad”a keçə bilərdi.

“Reportyorinfo.az” xəbər verir ki, bu barədə İspaniyanın məşhur “Football Espana” internet nəşri məlumat yayıb.

Xatırladaq ki, braziliyalı ilk zədəsini mayın 18-də, La Liqanın XXXVII turunun “Sevilya” ilə oyununda (2:0) alıb və bu səbəbdən klublararası dünya çempionatında oynamayıb.

“Real”;n yeni mövsümdə ilk oyunu avqustun 19-na planlaşdırılıb. La Liqanın 2025/2026 mövsümünün ilk turunda Madrid təmsilçisi “Osasuna” ilə qarşılaşacaq.

Endrik 2024-cü ildən “Real”da çıxış edir. O, son mövsümdə 37 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ötən ay Endrikin “Real”ı tərk edə biləcəyi barədə məlumat yayılmışdı.

Oxşar Xəbərlər

Back to top button