AnalitikaGündəmSiyasət

Rənglərdə Yaşayan Ruh: Bayrağa Dərin Hörmət

Ulu Öndər Heydər Əliyevin bu sözləri Azərbaycanın milli simvollarına, xüsusən də dövlət bayrağına olan münasibətin dərin fəlsəfəsini əks etdirir. Onun fikirlərində bayraq yalnız dövlətin nişanı kimi deyil, həm də xalqın mənəvi birliyinin, dövlətçilik iradəsinin və müstəqillik duyğusunun ifadəsi kimi təsvir olunur. Bayraq hər bir azərbaycanlının qəlbində doğma torpaq qədər müqəddəsdir.
Heydər Əliyev bayrağa olan ehtiramı sadəcə formal bir dəyər kimi deyil, milli şüurun əsas dayağı kimi qiymətləndirirdi. O, bu rəmzi millətin keçdiyi tarixi sınaqların, azadlıq uğrunda verilən qurbanların və gələcəyə olan inamın simvolu kimi təqdim etmişdi. Hər bir gəncin bu düşüncəni mənimsəməsi, dövlətə və onun rəmzlərinə sədaqətin təməlini möhkəmləndirir.
Bu ideya bu gün də öz aktuallığını qoruyur. Bayrağa baxan hər bir insan onun dalğalanmasında xalqın iradəsini, birliyini və gələcək inamını hiss etməlidir. O, bizim azadlığımızın rəmzidir və bu azadlığı qorumaq hər bir vətəndaşın mənəvi borcudur.
Dövlət bayrağına dəyər vermək, ona hörmətlə yanaşmaq — sadəcə vətənpərvərlik deyil, həm də milli məsuliyyətin göstəricisidir. Ümummilli Liderin bu kəlamları bizi daim bir amal ətrafında birləşdirir: üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın, xalqımızın qüruru sönməsin.

Fatimə Axundzadə
YAP Xəzər rayon təşkilatının fəalı

 

Oxşar Xəbərlər

Back to top button