Dünya

Rumıniya prezidenti Şərqi Avropa ölkələrində NATO qüvvələrinin gücləndirilməsini istəyir

Şimali Atlantika Alyansı şərq cinahını gücləndirmək üçün öz strategiyasının həyata keçirilməsini sürətləndirməlidir.

Reportyorinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rumıniya prezidenti Klaus Yohannis NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Rumıniya lideri qeyd edib ki, o, alyansın rəhbəri ilə Avroatlantik məkanda təhlükəsizlik vəziyyətini müzakirə edib. Həmçinin NATO-nun modernləşdirilməsini koordinasiya etmək səylərinə görə Y.Stoltenberqə təşəkkür edib.

Klaus Yohannis vurğulayıb ki, NATO-nun güclənməsi təkcə Avro-Atlantik məkanın təhlükəsizliyinə deyil, həm də beynəlxalq nizamın sabitliyinə təsir edir.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button