Rusiya-Azərbaycan münasibətləri iki ölkə arasında siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində çoxşaxəli əməkdaşlıqla xarakterizə olunur. Bu münasibətlər regionda sabitlik və inkişaf üçün vacib rol oynayır.
Rusiya və Azərbaycan arasındakı münasibətlər tarixi köklərə malikdir. Hər iki ölkə Sovet İttifaqının dağılmasından sonra müstəqil dövlətlər kimi münasibətlərini yenidən qurdu. 1992-ci ildə diplomatik əlaqələr quruldu və o zamandan bəri tərəflər strateji tərəfdaşlıq çərçivəsində çıxışlarını şəkilləndiriblər.
Azərbaycanın müsbət qonşuluq siyasəti, Rusiya üçün regionda strateji tərəfdaşı qoruyub saxlamaq baxımından önəmlidir. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasındakı siyasi dialoq, prezidentlər səviyyəsində çoxsaylı görüşlərlə dəstəklənir.
Rusiya, Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Tərəflər arasındakı ticarət dövriyyəsi daim artır və özəlliklə enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində çox yaxın əməkdaşlıq mövcuddur. Azərbaycanın neft və qaz ehtiyatları, regionda iqtisadi çəkisi olan bir tərəf kimi Rusiya üçün vacibdir.
Bundan başqa, Rusiya şirkətləri Azərbaycanda müxtəlif infrastruktur layihələrində iştirak edir, bu da ölkələr arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirir.
Mədəni əlaqələr Rusiya-Azərbaycan münasibətlərinin önəmli istiqamətlərindəndir. Azərbaycanda rus dilinin populyarlığı və rus mədəni irsinə olan maraq, iki ölkənin xalqları arasında mədəni birliyə təkan verir.
Hər il iki ölkə arasında mədəni festivallar, dostluq günləri və təhsil sahəsində mübadilə proqramları keçirilir. Rusiyanın ali təhsil müssisələrinə maraq, Azərbaycanda rus gənc nəsli arasında önəmli məqam kimi önə çıxır. Rusiya, Qarabağ münqaişəsinin həllində özünün vasitəçi rolunu qoruyur. 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatda Rusiya mühüm rol oynayıb və sülhməramlı güvvələr vasitəsilə regionda sabitliyin qorunması üçün şərait yaradıb. Rusiya-Azərbaycan münasibətləri beynəlxalq və regional səviyyədə baş verən geosiyasi proseslərdən təsirlənir. Azərbaycanın balans siyasəti bu münasibətlərin davamı üçün vacibdir.
Rusiya və Azərbaycan arasındakı münasibətlər tərəflərin qarşılıqlı maraqları əsasında şəkillənir. Bu münasibətlərin daha da möhkəmləndirilməsi ölkələr arası sabitliyin qorunmasına və regionda davamlı inkişafa təkan verir.
İslam Bafadarov,
YAP-ın gənc fəalı