
Azərbaycan və Slovakiya arasındakı münasibətlər rəsmi protokollardan daha çox, səmimiyyətə və dərin qarşılıqlı inama əsaslanır. Prezident Peter Pelleqrininin Azərbaycana əvvəlki səfərlərindən sonra siyasi karyerasının daim yüksəldiyini xoş bir zarafatla qeyd etməsi, iki ölkə arasındakı müsbət auranın göstəricisidir.
Prezident İlham Əliyevin “Biz konkret işlərin tərəfdarıyıq” şüarı ilə çıxış etməsi, bu səmimiyyətin üzərinə praktik və faydalı tərəfdaşlıq modeli əlavə edir. Ölkələrimiz arasında həm Ağdamda həyata keçirilən layihələr, həm də gələcək hava əlaqələri bu etimadın bariz nəticəsidir.
Dövlətlərin və xalqların bir-birini daha yaxından tanıması, səmimi siyasi dialoqla mümkündür. Şuşada keçirilən zirvə görüşü bu qardaşlıq və dostluq münasibətlərinin ən yüksək zirvəsi kimi tarixə yazıldı.
Sevinc Əliyeva,
YAP Nizami rayon təşkilatının fəalı



