
Pensiyaların indeksləşdirilməsi mexanizmində diferensial yanaşmanın tətbiqi sosial təminat siyasətində gəlir səviyyələri arasındakı fərqlərin nəzərə alınmasına yönəlib. Təqdim olunan yeni qaydalara əsasən, 1 avqust 2026-cı il tarixinə 1176,7 manatadək pensiya alan şəxslərin pensiyalarına indeksasiya faizinin tam tətbiqi nəzərdə tutulur.
Pensiyası bu həddən yüksək olan şəxslər üçün isə həmin məbləğə qədər olan hissəyə tam indeksasiya, həddi aşan hissəyə isə daha aşağı əmsalların tətbiqi nəzərdə tutulur. Belə yanaşma pensiyaçıların böyük hissəsinin artımdan tam şəkildə yararlanmasına yönəlmiş mexanizm kimi təqdim olunur.
Bu model pensiyaların artırılmasında sosial prioritetlərin müəyyənləşdirilməsinə imkan verir. Məqsəd yalnız bütün pensiyalara eyni texniki qaydanın tətbiqi deyil, geniş pensiyaçı kütləsinin gəlir artımının qorunmasıdır. 1176,7 manat göstəricisi 2026-cı ilin yanvar-iyul aylarında ölkə üzrə orta aylıq nominal əməkhaqqı kimi Dövlət Statistika Komitəsinin məlumatlarında da əksini tapır.
Zərifə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı



