AnalitikaGündəmSiyasət

Sosial-iqtisadi inkişaf

Prezident İlham ƏliyevinAzərbaycanRespublikasında 2027-2030-cu illərdə dağ-mədən(metal filizləri) metallurgiya sənayesinin inkişafınadair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəçıxışı ölkə iqtisadiyyatının qarşıdakı illər üçün stratejiistiqamətlərindən birinə işıq salan mühüm proqramxarakterli çıxış kimi diqqət çəkir. Dövlət başçısıçıxışında dağ-mədən metallurgiya sənayesininAzərbaycanın iqtisadi potensialının daha dagücləndirilməsi, qeyri-neft sektorunun inkişafetdirilməsi yeni istehsal imkanlarınınformalaşdırılması baxımından əhəmiyyətinivurğulayıb. Əsas məqsədin yalnız xammal hasilatınıartırmaq deyil, mövcud resursları ölkə daxilində dahaçox emal edərək yüksək əlavə dəyər yaratmaq olduğuqeyd edilib. Bu yanaşma Azərbaycanın təbiisərvətlərinin iqtisadi dövriyyəyə daha səmərəli cəlbedilməsinə, istehsal zəncirinin genişləndirilməsinə sənayenin daha müasir mərhələyə yüksəldilməsinəyönəlir.

Dövlət Proqramında dəmir filizi, alüminium, mis qızıl kimi əsas istiqamətlər üzrə mövcud potensialıngenişləndirilməsi, yeni yataqların iqtisadi dövriyyəyəcəlb olunması istehsal güclərinin artırılması nəzərdətutulur. Xammalın hasilatından zənginləşdirməyə, emaldan yarımfabrikat hazır məhsul istehsalınaqədər vahid dəyər zəncirinin formalaşdırılması sənayesiyasətinin mühüm istiqamətlərindən biri kimimüəyyənləşdirilir. Proqram çərçivəsində 2027-2030-cu illərdə 5,3 milyard manat investisiyanın nəzərdətutulması, 2030-cu ilədək dağ-mədən metallurgiyasektorunun ÜDM-ə töhfəsinin 1,8 milyard manata, illikixrac potensialının isə 3,4 milyard manataçatdırılmasının hədəflənməsi bu sahəyə verilən stratejiəhəmiyyəti göstərir.

Bu istiqamətdə atılan addımların yalnız sənayemüəssisələri ilə məhdudlaşmayacağı, logistika, yükdaşımalar, xidmət, təchizat digər əlaqəli sahələrüçün yeni imkanlar yaradacağı gözlənilir. Yeniistehsal sahələrinin formalaşması ixtisaslı kadrlaratələbatı artırmaqla texniki biliklərin inkişafına da təkanverə bilər. Dövlət Proqramının regionların sosial-iqtisadi inkişafı ilə əlaqələndirilməsi isə sənayepotensialının ölkənin müxtəlif bölgələrindəgenişlənməsinə şərait yaradan mühüm amil kimi çıxışedir. Beləliklə, dağ-mədən metallurgiya sənayesininqarşıdakı illərdə inkişafı Azərbaycanın iqtisadişaxələndirmə siyasətində mühüm istiqamətlərdənbirinə çevrilərək xammal ehtiyatlarının daha yüksəkəlavə dəyər yaradan məhsullara transformasiyasınaxidmət edə bilər.

Fariz Kərimov,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button