AnalitikaGündəmOrdu

Sülh Naminə Güc: Ordu Azərbaycanın Qürurudur

Azərbaycan xalqı tarixən sülhsevər olub. Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi, bizim məqsədimiz heç vaxt başqa dövlətlərin torpaqlarına iddia etmək olmayıb. Bizim ordumuzun varlığı məhz öz torpaqlarımızın müdafiəsi üçündür. Müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumaq məqsədilə qurulan bu ordu, xalqın iradəsini və əzmkar ruhunu təcəssüm etdirir.

1993-cü ildən etibarən aparılan məqsədyönlü islahatlar nəticəsində Azərbaycanda peşəkar və nizami ordu quruculuğu istiqamətində böyük irəliləyişlər əldə edildi. Qısa müddətdə ordunun komandanlıq strukturu gücləndirildi, vahid idarəetmə sistemi tətbiq olundu. Hərbi hissələrin hazırlığı, silahlanma səviyyəsi və döyüş qabiliyyəti artırıldı.

Müasir texnika ilə təchiz olunmuş Silahlı Qüvvələr bu gün regionun güclü ordularından biri hesab olunur. Yüksək nizam-intizam, vətənə sədaqət və mübarizə ruhu ilə seçilən əsgər və zabitlər hər an dövlətin təhlükəsizliyini qorumağa hazırdır. Ordu, təkcə bir silahlı qurum deyil – o, millətin şərəfidir, sabitliyin və suverenliyin təminatçısıdır.

Heydər Əliyev haqlı olaraq deyirdi: “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir.” Bu fikir, Azərbaycanın müstəqil dövlət kimi varlığını qorumaq və gələcək nəsillərə daha güclü bir ölkə miras qoymaq istəyini əks etdirir. Ordu – yalnız bugünün deyil, gələcəyin də təminatıdır

Kamran Mustafayev
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button