AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa – Əbədi Sülhün və Regional Əməkdaşlığın Təməli

2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişəyə son qoyaraq əbədi sülhün təməlini qoydu. Azərbaycan öz torpaqlarını azad etməklə regionda ədaləti bərpa etdi və gələcək əməkdaşlıq üçün yeni səhifə açdı.

Müharibədən sonra Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri və regional kommunikasiyaların açılması istiqamətində atdığı addımlar ölkəmizin sülhsevər siyasətinin göstəricisidir. Şuşa bu sülh prosesinin mənəvi mərkəzi kimi çıxış edir.

Azad edilmiş Şuşada bu gün silah səsləri deyil, quruculuq, musiqi və sülh sədaları eşidilir. Şəhər bütün region xalqları üçün sabitliyin, qarşılıqlı hörmətin və birgə inkişafın mümkünlüyünü sübut edən canlı nümunədir.

Şuşanın azadlığı ilə qazanılan bu tarixi sülh Azərbaycan xalqının gələcək nəsillərinə firavan, təhlükəsiz və qüdrətli bir dövlət miras qoymağın ən mühüm təminatıdır.

Elxan İskəndərov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 142” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button