Şuşa Şəhərində Sülh və Quruculuq Fəlsəfəsi

2020-ci ilin noyabrında əldə edilən tarixi Zəfərdən sonra Azərbaycan dövləti Şuşanı münaqişənin deyil, sülhün, əməkdaşlığın və yaradıcılığın mərkəzinə çevirmək üçün genişmiqyaslı strategiya həyata keçirmişdir. Şuşa bu gün bütün dünyaya regionda sülhsevər inkişaf modelini nümayiş etdirən canlı nümunədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada aparılan quruculuq işləri dağıdılmış şəhərin dirçəldilməsi ilə yanaşı, həm də gələcəyə baxış fəlsəfəsini ehtiva edir. Burada keçirilən beynəlxalq forumlar və tədbirlər qarşılıqlı etimad mühitinin yaradılmasına xidmət edir.
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri regionun iqtisadi və sosial inteqrasiyasını təmin edərək dayanıqlı sülhün əsas təməlini qoyur. Şuşa bu prosesin mənəvi paytaxtı rolunu oynayır.
Sülh və quruculuq fəlsəfəsi üzərində ucalan Şuşa bu gün regionun gələcək təhlükəsizliyinin və tərəqqisinin təminatçısı kimi çıxış edir.
Regina Kovalyova,
YAP Nizami rayon təşkilatının fəalı



