AnalitikaGündəmSiyasət

Tarixi qələbəmizin rəmzi olan Zəfər Parkı

44 günlük Vətən müharibəsinin nəticəsi olaraq əldə edilən parlaq qələbə Azərbaycan tarixinin ən əzəmətli səhifələrindən biri kimi yadda qalır. Müharibədə qazanılan tarixi zəfərimiz yalnız hərbi güclə deyil, həm də siyasi gücümüz, xalq-iqtidar birliyi, vətənpərvərlik ruhu və beynəlxalq arenada nümayiş etdirdiyimiz qətiyyətlə mümkün oldu. Gələcək nəsillər bu tarixi unutmamalı, Azərbaycan xalqının mübarizliyini və əyilməz ruhunu xatırlamalıdır. Bu hər bir azərbaycanlının qürur mənbəyidir.

Qarabağda separatçıların izi-tozunun qalmaması, Azərbaycan dövlətinin milli iradəsinin, gücünün və xalqın birliyinin sübutudur. Dövlət, separatizmlə mübarizədə əzmkarlıq göstərərək regionda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olmasına nail olub. Azərbaycan xalqı üçün Qarabağın azadlığı və bərpası milli qürur məsələsi olmaqla yanaşı, həm də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin simvoluna çevrilib. Beləliklə, Qarabağ torpağında separatçı qüvvələrin izi-tozu belə qalmayıb. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, dövlət quruculuğu və inkişaf işləri sürətlə davam edir. Bu, Azərbaycanın güclü dövlət siyasətinin və xalqın əzmkarlığının əyani sübutudur.

Tarixi qələbəmizin rəmzi olan Zəfər Parkı xalqımızın qəhrəmanlıq dolu mübarizəsini və 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəni simvolizə edən bir abidədir. Bu park yalnız qələbənin təntənəsi deyil, eyni zamanda azərbaycançılıq ruhunun və millətin birliyinin rəmzidir. Zəfər Parkı Azərbaycan xalqının uzun illər işğal altında olan torpaqlarını geri qaytarmaq uğrunda apardığı mübarizənin parlaq nəticəsi olaraq yaradılmışdır.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button