
Üçrəngli bayrağımız əsrlər boyu zülmətlərə qarşı vuruşan, haqq və ədalət uğrunda canından keçən babalarımızın sönməz məşəlidir. Tarixin müxtəlif dönəmlərində yadelli basqınları ilə üzləşən xalqımız hər zaman milli rəmzlərinə olan sevgisini qəlbində yaşatmışdır. Bu bayraq sadəcə parça parçası deyil, xalqımızın əyilməz iradəsinin və qürurunun canlı təcəssümüdür.
Keçmişin acı xatirələri və qazanılan böyük qələbələr bu bayrağın hər bir qatında öz izini qoymuşdur. Ziyalılarımızın qaranlıq dövrlərdə belə işıq saçan ideyaları xalqın milli şüurunu oyaq saxlamışdır. Mühacirətdə yaşayan vətənpərvərlərin Vətən həsrəti məhz bu bayrağın altında birləşərək ədəbiləşmişdir.
Hər dəfə bayrağımıza baxarkən onun arxasında duran böyük fədakarlıqları və tarixi məsuliyyəti dərindən dərk etməliyik. Keçmişin dərsləri bizə öyrədir ki, müstəqillik asanlıqla qazanılmır və onun qorunması daimi ayıqlıq tələb edir. Üçrəngli bayrağımız bu müqəddəs amanın əbədi keşikçisidir.
Bu gün qürurla dalğalanan bayrağımız keçmişlə gələcək arasında qırılmaz mənəvi körpüdür. O, əcdadlarımızın bizə qoyub getdiyi ən qiymətli vəsiyyət və sarsılmaz etimaddır. Xalqımız bu irsə sahib çıxaraq öz dövlətçilik tarixini hər zaman uca tutacaqdır.
Sevinc Həmzəyeva,
YAP Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 73” ərazi partiya təşkilatının sədri



