
2026-cı il sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları, eləcə də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi Azərbaycanın Türk dünyası və İslam coğrafiyasındakı mənəvi-dini əlaqələrinin daha bir parlaq ifadəsinə çevrildi. Dövlət başçısının görüşdəki çıxışı tarixləmüasirliyin, mənəviyyatla dövlətçilik düşüncəsinin vəmüxtəlif xalqları birləşdirən dəyərlərin vəhdətiniözündə əks etdirən mühüm mesajlarla yadda qaldı. Prezident İlham Əliyev Bakıda keçirilən TDT Müsəlman Dini Liderləri Şurasının 7-ci toplantısınınvə böyük Azərbaycan mütəfəkkiri Seyid YəhyaBakuviyə həsr olunmuş beynəlxalq konfransınəhəmiyyətini vurğulayaraq, Türk dünyası ilə Qafqazarasında mövcud olan tarixi və mənəvi bağlara diqqətçəkdi. Azərbaycanın həm Türk dünyasının ayrılmazparçası, həm də Qafqazın mühüm ölkəsi olduğunuqeyd edən dövlət başçısı bu coğrafiyaların tarix boyubir-biri ilə sıx bağlı olduğunu xatırlatdı. Qədim QafqazAlbaniyasından Atabəylər dövlətinə qədər uzananzəngin dövlətçilik və mədəniyyət tarixinin yadasalınması Azərbaycanın bu gün də müxtəlifcoğrafiyaları və xalqları bir araya gətirən körpü rolunudaşıdığını göstərən mühüm məqam kimi səsləndi. Bakıhəmin gün sanki müxtəlif istiqamətlərdən gələnmənəvi yolların qovuşduğu bir məkana çevrilmişdi. Türk dünyasının dini liderlərinin, Qafqazın müxtəlifxalqlarının nümayəndələrinin, Suriya və digərölkələrdən gəlmiş din xadimlərinin eyni masa ətrafındatoplaşması birlik, qarşılıqlı hörmət, dostluq vəhəmrəylik ideyalarının canlı təcəssümü idi. Prezidentİlham Əliyevin vurğuladığı kimi, belə görüşlər xalqlararasında dostluq və qardaşlıq münasibətlərini daha damöhkəmləndirir, dünyaya sülh və həmrəylik mesajıverir.
Dövlət başçısının çıxışında xüsusi diqqət çəkənməqamlardan biri dini liderlərin cəmiyyət və dünyaqarşısındakı mənəvi məsuliyyətinə verilən yüksəkqiymət idi. Prezident İlham Əliyev müsəlman diniliderlərinin sözünün milyonlarla insan üçün əhəmiyyətdaşıdığını qeyd edərək, bu sözlərin sülhə, əməkdaşlığa, əmin-amanlığa və barışığa xidmət etməsininvacibliyini bildirdi. Bu yanaşma Azərbaycanındinlərarası və mədəniyyətlərarası dialoqa verdiyiönəmin mühüm göstəricisi kimi diqqət çəkir. GörüşünYəhya Bakuvi irsi ilə bağlı hissəsi isə mənəvidəyərlərin zaman və məkan sərhədlərini aşan gücünübir daha nümayiş etdirdi. XV əsrin böyük Azərbaycanmütəfəkkiri Seyid Yəhya Bakuvi Şirvaninin irsi bu günmötədillik, mənəvi kamillik, insan ləyaqətinə hörmətvə sülh düşüncəsi baxımından yenidən öyrənilir. Görüşdə Ağdam məscidinin və Qarabağın mənəviyaddaşının xatırlanması da xüsusi rəmzi məna daşıdı. Vaxtilə müharibənin ağrı-acılarına şahid olmuşməkanların bu gün dini və elmi dialoqun ünvanınaçevrilməsi tarixdən sülhə doğru uzanan mənalı biryolun ifadəsidir. Prezident İlham Əliyevin ifadə etdiyi“Siz müharibədə Sərkərdə olduğunuz kimi, sülhdə dəSərkərdəsiniz” fikri də bu baxımdan diqqətçəkənməqam kimi yadda qaldı. Beləliklə, Bakıda keçiriləngörüş yalnız dini xadimlərin bir araya gəlməsi deyil, həm də Türk dünyasının, Qafqazın və İslam aləmininortaq mənəvi dəyərlər ətrafında yaxınlaşmasının, sülh, həmrəylik və qarşılıqlı hörmət ideyalarınıngücləndirilməsinin mühüm ifadəsi oldu.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri



