
Azərbaycan və Slovakiya arasındakı münasibətlər iqtisadi və ticari sahələrdə dərinləşərək böyük bir inkişaf dövrünə qədəm qoyur. Prezident İlham Əliyev və Peter Pelleqrininin Şuşadakı görüşündə ticarət dövriyyəsinin artırılması və yeni potensialların kəşf edilməsi diqqət mərkəzində oldu.
“Biz konkret işlərin tərəfdarıyıq” deyən dövlət başçımızın bu yanaşması iqtisadi layihələrdə də öz sözünü deyir. Hər iki ölkənin işgüzar dairələrinin birgə fəaliyyəti üçün yaradılan yeni imkanlar, oktyabr ayından başlayacaq birbaşa uçuşlar sayəsində daha da sürətlənəcək.
Bu əməkdaşlıq göstərir ki, qarşılıqlı hörmətə və praqmatik yanaşmaya əsaslanan dövlətlərarası münasibətlər hər zaman xalqların rifahına xidmət edir. Şuşa bəyanatları iqtisadi əlaqələrimizin gələcəyinin nə qədər parlaq olduğunu bütün dünyaya bəyan edir.
Regina Kovalyova,
YAP Nizami rayon təşkilatının fəalı



