AnalitikaGündəm

Türk Dövlətləri Təşkilatı

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının  Şuşada qeyri-rəsmi Zirvə görüşü Azərbaycanın növbəti beynəlxalq təşəbbüsü idi. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində bu gün türk birliyi ən yüksək əməkdaşlıq zirvəsinə qalxıb. Türk dövlətləri  dünyada baş verən bütün qlobal siyasi proseslərə, eləcə də təbii böhranlara qarşı birgə mübarizə aparırlar. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, bu böyük ailənin inteqrasiyasının, birliyinin nə dərəcədə möhtəşəm nəticələr verə biləcəyini təsəvvür edə bilərik. Azərbaycan bu təşkilatın yaranmasında yaxından iştirak edib, hər zaman türk dünyasının sıx birləşməsinə çalışıb.

Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu Zirvə görüşünün qlobal risk və təhdidlərin artdığı, qarşılıqlı inam böhranının daha da dərinləşdiyi bir vaxtda keçirilməsi əbədi qardaşlıq ruhundan güc alan əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə yüksəltməyi, birgə yanaşmalarla inkişaf etdirməyi bir tələbə çevirir.  Bundan başqa, sənəddə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolun ən yüksək dəyəri vurğulandı.

Qarabağ Bəyannaməsi qurumun qlobal arenada güc mərkəzinə çevrilməsi prosesini sürətləndirəcək və bu istiqamətdə atılacaq addımlar daha da intensivləşəcək. Təşkilat üzvü olan dövlət başçılarının ortaq mövqe sərgiləmələri xüsusilə diqqət çəkdi.

Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button