AnalitikaGündəmSiyasət

Türk Dövlətləri Təşkilatının fəaliyyətində Azərbaycan aparıcı rol oynayaraq ümumi maraqlar üçün böyük töhfələr verməkdədir

Türk dünyasının inteqrasiyası ideyası uzun illərdir ki, müxtəlif istiqamətlərdə inkişaf etdirilməkdədir. Dəyişən dünya nizamında beynəlxalq əlaqələr fonunda bir çox birliklər öz mənafelərini qorumaq üçün birləşməkdədir. Bu istiqamətdə türk dövlətlərinin birliyi ideayası da böyük əhəmiyyət kəsb edir. 2025-ci ilin oktyabrında Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü isə bu prosesin yeni mərhələsi üçün uğurlu bir addımdır. Prezident İlham Əliyevin çıxışı türk dövlətlərinin regional və qlobal siyasətdə artan rolunu aydın şəkildə ortaya qoymaqdadır. Eyni köklərə malik xalqların gələcəyə doğru ümumi hədəflər üçün addımlaması böyük əhəmiyyət kəsb etməkdədir. Ortaq dil, mədəniyyət, tarixi keçmişin daşıyıcıları üçün uğurlu gələcək amalı vacibdir. Bu istiqamətdə türk dövlətləri arasında birgə səylər nəticəsində, iqtisadi, siyasi potensialların düzgün qiymətləndirilməsi xüsusi bir nəticədir. Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikası öz töhfələrini vermişdir. Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.

Azərbaycan  təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşlər mühüm qərarlarla yadda qalmışdır.

Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Regional təhlükəsizlik ümumi tranzit yollarının təhlükəsizliyi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin təmin edilməsi əhəmiyyətlidir. Təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Biz bu istiqamətdəki səylərimiz ilə böyük bir amala xidmət edirik.

Nəzərə almalıyıq ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirik. Xüsusi qeyd etməliyik ki, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.   Nəzər saldıqda görərik ki, İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.  Atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.Tarixi keçmiş heç vaxt unudulmur. Bu səbəbdən Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq. Azərbaycan xalqı qisas üçün deyil, tarixi ədaləti bərpa etmək üçün silahlandı. Bu əzəmətli xalqların şanlı tarix səhifəsində yazılan qan yaddaşına olan borc idi.

Dövlətin inkişafının təməlində güclü iqtisadiyyat dayanır. İqtisadiyyatın inkişafında nəqliyyat infrastruktu böyük əhəmiyyət kəsb edir. Nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir.  Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.

Türk dövlətləri ilə əməkdaşlığımız, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir.  Zirvə Görüşündə qəbul ediləcək qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da güclənəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir.

Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi
Ağabəyova Mənzər

Oxşar Xəbərlər

Back to top button