
Cənab Prezident İlham Əliyevin cari ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü oldu.
Həmin görüşdə iştirak edən Prezident İlham Əliyev bugünkü əlaqələrin möhkəmliyinin ayrı-ayrı məqamlarına toxunaraq gələcəyə dair də mühüm mesajlar verdi. Ölkə rəhbəri Azərbaycan və Mərkəzi Asiya ölkələrini artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region kimi dəyərləndirərək dostluq münasibətlərinə, qardaşlıq dəstəyinə diqqəti çəkdi: “Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, türk dünyasının ortaq dəyərlərinin dünyada tanıdılması və təşviq edilməsi, türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsi qardaş dövlətlərlə əməkdaşlıqda daha da möhkəmlənir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyət türkdilli xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.
Məmmədova Səadət,
YAP Şuşa rayon təşkilatının fəalı