Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi fikirlər dünya mətbuatı tərəfindən geniş işıqlandırılıb.
Prezident İlham Əliyevin rəsmi Bakının Qarabağın bərpasında Rusiya şirkətlərinin iştirakını və Rusiyadan investisiyaların yatırılmasını alqışlaması barədə fikirlər səsləndirib. Müsahibə əsnasında Azərbaycan Prezidenti xarici investisiyalar üzrə birinci layihənin Rusiyaya məxsus olduğunu vurğulayıb.
Prezident İlham Əliyev müsahibəsində Türkiyə ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində müttəfiqlik münasibətləridən bəhs edərək, hər il ölkələrimizin 10-dan çox birgə təlim keçirdiyini, bunun Qafqazda sabitlik üçün mühüm amil olduğunu bildirib. Həmçinin Azərbaycan Prezidenti ölkədə Türkiyənin hərbi bazasının yaradılması planı ilə bağlı yayılan xəbərləri “siyasi spekulyasiya” adlandırıb və belə bir bazanın yaradılmasına ehtiyacın olmadığını vurğulayıb. Türkiyə ilə hərbi əlaqələrin müstəqilliyimizin ilk günlərindən davam etdiyini, rəsmi Ankaranın Azərbaycan Ordusunun modernləşdirilməsində və yüksək standartlara çatmasında böyük rol oynadığını diqqətə çatdırıb. Ölkə başçısı İlham Əliyev Gürcüstanda son günlər baş verən hadisələrə münasibətində baş verən iğtişaşlarda Fransa Prezidenti Emmanuel Makronun əli olduğunu, öz ölkəsində rahat durmadığı və Gürcüstana da əl atdığını vurğulayıb.
Prezident İlham Əliyev Ermənistandakı Avropa İttifaqı müşahidəçilərinin NATO missiyasına çevrilməsi barədə fikirlərini səsləndirib. Azərbaycan Lideri “Avropa müşahidəçiləri” pərdəsi altında Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradıldığını diqqətə çatdırıb. Bundan əlavə, Azərbaycan Prezidenti Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırılması məsələsinə də münasibət bildirib.
Prezident İlham Əliyevin müsahibəsində Azərbaycandan Avropaya elektrik enerjisi nəql edəcək sualtı kabelin texniki-iqtisadi əsaslandırılmasının yaxın vaxtlarda tamamlanacağını bildirib.
Kəmalə Qaragözova,
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi