İdmanGündəm

UEFA Çempionlar Liqası: “Feyenoord” “Fənərbağça”nı minimal hesabla məğlub edib

Niderlandın “Feyenoord” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Türkiyənin “Fənərbağça” komandasını minimal hesabla məğlub edib.

“Reportyorinfo.az” xəbər verir ki, Rotterdamdakı “Feyenoord Stadium”da keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.

Ev sahibləri 19-cu dəqiqədə Quinten Timberin qolu sayəsində hesabı açıblar. Əsas vaxtın bitməsinə 4 dəqiqə qalmış İstanbul təmsilçisi hesabı bərabərləşdirməyə nail olub – Sofyan Amrabat fərqlənib.

Lakin niderlandlılar əlavə dəqiqələrdə qələbəni əldə etməyə müvəffəq olublar. Bu dəfə Anise Hac-Mussanın zərbəsi dəqiq alınıb – 2:1.

Qeyd edək ki, cavab oyunu avqustun 12-də İstanbulda keçiriləcək.

Oxşar Xəbərlər

Back to top button