
Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Bu gün ölkəmizdə davam edən geniş miqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, siyasi – ictimai və mədəni həyatında böyük xidmətlər göstərmişdir.Xalqın xilaskarı, nəfəs verəni Xalq seçimində yanılmadı. Milli ideologiyamızın Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas prinsiplərindən biri olan millilik və ümumbəşəriliyin vəhdəti prinsipi Azərbaycanda fəlsəfənin inkişaf yolunun müəyyənləşdirilməsi üçün həmişə əsas götürülmüşdür. Tarix bir daha dünyaya nümayiş etdirdi ki, ölkəmizin və xalqımızın müstəqilliyini, milli varlığını yaradan, möhkəmləndirən Heydər Əliyev şəxsiyyəti və onun çoxşaxəli möhtəşəm rəhbər iradəsi oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olunmuşdur. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğunun banisidir. Xalq onu gözü yumlu seçdi. Dahi Heydər Əliyevi kiçikdən böyüyə hərkəs sevirdi. Azərbaycan Respublikasının Prezidenti olandan sonra qədim ənənələrin formalaşdırdığı milli-mənəvi dəyərləri ön planda tutaraq onun qorunmasında və inkişafında böyük rol oynamışdır. Hər bir xalqın xoşbəxtçiliyi onun müstəqilliyi ilə bağlıdır. Bunu çoxları dərk etsə də, bəzən dəyərini bilmirlər. Ulu Öndər çıxışlarında bu məsələyə toxunur: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir”. Dahi Rəhbər eyni zamanda çıxışlarının birində demişdir: “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir”. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti nəticəsində Respublikada elə bir sahə qalmadı ki, tərəqqi etməsin. Ölkənin iqtisadiyyatı, elm və təhsil sahəsi, incəsənəti, səhiyyəsi inkişaf edərək müttəfiq respublikalar sırasında ən ön sıraları tutmaqdadır. Buna səbəb isə müstəqil dövlətin təməlinin düzgün qurulması və milli dövlətçilik ənənələrinə arxalanmasıdır. Bu gün Ulu Öndərin sözü, işi, ideya və əməlləri gündəlik həyatımızın tərcümanıdır; həyatımızı, yaşam tərzimizi təyin edir, yol göstərir, təmin edir. Biz bu adla sabahlarımızı açır, milli dünənimizə önəm verir, gələcəyimizi müəyyən edirik. Bu adla müasir dünyanı fəth edir, qələbələr qazanırıq.
Aida Əliyeva
YAP Xəzər rayon təşkilatının məsləhətçisi