AnalitikaGündəmSosial

“Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Milli Mətbuatının İnkişafındakı Misilsiz Xidmətləri”

Ulu Öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafında göstərdiyi misilsiz xidmətlər, onun azərbaycançılıq ideologiyasına, xalqın maariflənməsinə və söz azadlığına verdiyi dəyərin bariz nümunəsidir. O, milli mətbuatın yalnız informasiya vasitəsi deyil, həm də ictimai fikir formalaşdıran mühüm bir amil olduğunu dəfələrlə vurğulamışdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə milli mətbuatın demokratikləşməsi, müstəqillik ideyalarının təbliği, xalqın tarixinin və mədəniyyətinin obyektiv şəkildə ictimaiyyətə çatdırılması üçün geniş imkanlar yaradılmışdır.

“Əkinçi” qəzetindən başlanan və müstəqil Azərbaycan mətbuatının formalaşmasına qədər uzanan bu şərəfli yol, Ulu Öndərin siyasi iradəsi və qətiyyətli mövqeyi sayəsində daha da möhkəmlənmiş, jurnalistikanın dövlət quruculuğunda oynadığı rol daha da önə çıxmışdır. Ulu Öndər Heydər Əliyevin mətbuata münasibəti, onun azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ayrılmaz bir hissəsinə çevrilmiş, jurnalistlərin peşəkar fəaliyyətinə dəstək verməklə mətbuatın inkişafına yeni bir mərhələ qazandırmışdır.

Bu gün də Azərbaycan mətbuatı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq milli maraqların qorunmasına, cəmiyyətin obyektiv və dolğun məlumatlandırılmasına xidmət edir.

Aida Əliyeva
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button