Uzun illərin həsrətindən sonra azad edilmiş torpaqlarımıza qovuşmaqdan gözəl ali hiss ola bilməz!
Artıq biz doğma yurd yerlərimizə qayıdırıq, Zəngilanın Ağalı kəndinə, Tərtərin Talış kəndinə, Suqovuşan qəsəbəsinə, Laçın şəhərinə və qəsəbələrinə, azad olunmuş şəhər və kəndlərimiz ləyaqətli qayıdışa başlanılmışdır. 2022-ci il iyulun 19-dan Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib. 30 ilə yaxın davam edən işğal müddətində haqsızlıq və ədalətsizliklə üzləşən keçmiş məcburi köçkünlər Cənab Prezidentin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyirlər. “Bütün məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, doğma torpaqları azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdir. Ancaq 3 il əvvəl biz bu işğala son qoyduq.” Bu fikirləri Cənab Prezident İlham Əliyev Zəngilanda keçirilən 2.ci Azərbaycan Milli Şəhərsalma Formunda bildirib. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur rayonlarının sürətlə inkişafına, əhalinin dayanıqlı inkişafına və davamlı iktusadi aktivliyin təmin olunmasına xidmət edir. Qeyd etmək istərdim ki 1-ci Şəhərsalma Formu Ağdam şəhərində keçirilmişdir. Uzun illər ərzində həsrətində qaldığımız, 2020-ci il noyabrın 20-də işğaldan Azad olmuş doğma Ağdamda aparılan bərpa quruculuq işləri hər birimizdə böyük ümidlər yaradır, tarixi, şərəfli qayıdışa qısa müddətdə nail olacağımıza inanıram.Hələ 2023-cü ilə Azərbaycan Respublikasının Prezidenti seçilərkən İlham Əliyevin dediyi : “Bir nəfər də Qaçqın və məcburi köçkün çadırlarda qalmayaraq yeni üslubda tikilmiş yaşayış evləri ilə təmin olunacaq” sözləri çox uğurla həyata keçirildi,yeni yaşayış kompleksləri istifadəyə verildi Zaman keçdikcə qəlbimizin dərinliyində kök salmış Vətən həsrətinə son qoyulduğu gün 2020-ci ilin 8 noyabr tarixli qələbəsi qaçqın və məcburi köçkünlük həyatına son qoydu. Çox təssüf ki, 30 ilə yaxın bir müddətdə Ermənistan silahlı qüvvələrinin ərazilərimizi işğalda saxlaması nəticəsində nəinki yaşayış yerlərimiz dağıdılmış, tarixi – mədəniyyət abidələrimiz vandalizmə məruz qalmış,ekoliji mühit məhv edilmiş, təbii ehtiyatlar talançılığa məruz qalmış, torpaqlarımız mina və digər partlamamış sursatlarla çirkləndirilmişdir. Erməni silahlı birləşmələrinin, Ermənistanın yaratdığı bir çox problemlərə baxmayaraq biz hər birimiz “Dəmir Yumruq” olduq, mübarizə apardıq, ən başlıcası isə torpaqlarımızın azadlığına nail olduq. Qərbi Azərbaycandan da qaçqın düşən azərbaycanlılarımız öz yurd yerlərinə qovuşacaqları günlər yaxındadır.
Leyla Fətəliyeva,
YAP-ın fəalı