Analitika

Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində isə Azərbaycan öz su mənbələrinə tam sahib oldu

Ölkənin ikinci ən böyük kanalı olan Yuxarı Şirvan suvarma kanalı 1958-ci ildə istifadəyə verilib. Məcralı başlanğıcını Mingəçevir su anbarından götürən bu kanal Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir.  Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, ölkədə 20 ədəd suvarma kanalının,10 ədəd su anbarının tikintisi nəzərdə tutulur. Mütəxəssislərin fikrincə, bu tədbirlərin həyata keçirilməsi əlavə su ehtiyatlarının yaradılmasına və su ehtiyatlarının düzgün idarə edilməsinə kömək edəcək Aprelin 16-da Prezident İlham Əliyevin Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyması bu böyük prosesin sürətlə aparıldığının bir daha təsdiqi oldu. 1958-сi ildə istismara verilmiş, mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən, uzunluğu 123,5 km olan Yuxarı Şirvan suvarma kanalı vasitəsilə Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının əkin sahələri və Şirvan qış otlaqları suvarılır. Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı “Şirvan suvarma kanalının yenidən qurulması haqqında” sərəncamında da qeyd olunduğu kimi ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının əsasının qoyulması aqrar sahə üçün əlamətdar hadisə oldu. Qeyd olunduğu kimi uzun illər ərzində isitismar olunan Yuxarı Şirvan kanalının böyük hissəsinin yararsız hala düşməsi nəticəsində böyük su itkilərinə gətirib çıxarırdı. Şirvan kanalı istifadəyə verildikdən sonra bu problem aradan qalxacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun da böyük hissəsi yeni suvarılacaq əkin sahələri olacaq. Şirvan kanalının 2027-ci ilin sonuna qədər istifadəyə veriləcəyi gözlənilir. “Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaqdır.” Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib.“Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk”, – deyən dövlətimizin başçısı gələn il Qarabağ kanalının inşasına başlanılacağını vurğulayıb. “Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq”, – deyə Prezident İlham Əliyev qeyd edib. Vaxtilə Ermənistan tərəfindən ərazimizin bir hissəsinin işğalı ilə təkcə bizim torpaqlarımız yox, həm də su resursları da işğal edilmişdi. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində isə Azərbaycan öz su mənbələrinə tam sahib oldu. Hesablamalara görə Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkənin ümumi su resurslarının 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır.

Rzayeva Səba,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button