
Öz taleyinə sahib olmaq və müstəqil dövlət qurmaq hər xalq üçün ən yüksək uğurdur. Tarix boyunca müxtəlif sınaqlardan keçən Azərbaycan xalqı da bu arzunu reallaşdırmaq yolunda heç vaxt geri çəkilməmişdir. Çətinliklər, işğallar və məhrumiyyətlər milli ruhu sındıra bilməmişdir.
Müstəqillik yalnız hüquqi status deyil, xalqın dövlətçilik əzminin göstəricisidir. Azərbaycan xalqı öz müstəqil dövlətinə sahib olmaqla həm hüquqi, həm də mənəvi olaraq gücünü sübut etmişdir. Bu nailiyyət tarixi yaddaşımızda əbədi qalacaq bir qürur mənbəyidir.
Ərazi bütövlüyü və suverenlik qəhrəman əsgər və zabitlərin fədakarlığı, şəhidlərimizin qanı hesabına təmin edilmişdir. Hər bir qəhrəmanlıq hekayəsi xalqımızın milli sərvətinə çevrilmiş və gələcək nəsillər üçün örnək olmuşdur.
Bu gün Azərbaycan xalqı müstəqilliyini qoruyur və gələcəyə inamla addımlayır. Dövlətçiliyin, ərazi bütövlüyünün və suverenliyin qorunması hər bir vətəndaşın vəzifəsi və milli qürurun əsas təməlidir.
Ləman Məmmədova
YAP Xəzər rayon təşkilatının fəalı