Xarici diplomatların Qarabağa səfəri yeni reallıqları nümayiş etdirdi

Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədə baş verən dəyişikliklərin beynəlxalq nümayəndələrə birbaşa təqdim edilməsi baxımından diqqət çəkir. Diplomatların ərazilərə səfəri onların vəziyyətlə yerində tanış olmasına şərait yaradıb.
Səfər zamanı tarixi abidələrə, yaşayış məntəqələrinə və müxtəlif infrastruktur layihələrinə baxış keçirilib. Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işləri bölgənin sosial-iqtisadi həyatının yenidən qurulmasına yönəlib.
Bu proses Azərbaycanla beynəlxalq tərəfdaşlar arasında təmasların genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Diplomatik nümayəndələrin bölgəyə səfərləri həm mövcud vəziyyətin öyrənilməsi, həm də qarşılıqlı məlumat mübadiləsi üçün imkan yaradır.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi


