SosialGündəm

Xəzər rayonunda YAP fəalları ilə növbəti görüş keçirilib

YAP Xəzər rayon təşkilatının Əzizbəyov küçəsi 84 (1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi publik hüquqi şəxs) ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

Reportyorinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov  Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan  bəhs edərək onu da vurğulayıb ki,   Ulu Öndər Heydər Əliyevin  ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da  inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar  Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir.

Daha sonra çıxış edən 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Sevinc Məlikova  ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən  Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini önə çəkərək bildirib ki, bu günün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyasının daha da genişləndirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin yürütlüyü siyasətin təbliğatçısı olan hər bir YAP üzvü günümüzün çağırışlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışır.

Sonda isə partiyanın ərazi təşkilatına sədr və sədr müavini seçkiləri keçirilib. İştirakçıların yekdil rəyi ilə Nigar Əzimova ərazi təşkilatının sədri, Balayeva Ramilə isə sədr müavini seçilib.

Oxşar Xəbərlər

Back to top button