AnalitikaGündəmSiyasət

Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi

Azərbaycanın “yaşıl enerji” strategiyasında yeni mərhələnin əsasını qoyur
2026-cı ilin əvvəlində “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın bərpaolunan enerji strategiyasında mühüm mərhələ oldu. 240 meqavat gücə malik bu stansiya ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ekoloji dayanıqlığın artırılmasına xidmət edir. Layihə Səudiyyə Ərəbistanının “ACWA Power” və Çinin “Power China” şirkətlərinin iştirakı ilə həyata keçirilib ki, bu da Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının genişləndiyini göstərir. Dövlət son illərdə alternativ enerji mənbələrinin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirib. Son 20 ildə ölkənin elektrik enerjisi istehsal gücləri təxminən üç dəfə artaraq 10 min meqavata çatıb. Bu artım daxili tələbatın etibarlı təmin olunmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradıb. Xüsusilə Mingəçevirdə tikilmiş 2000 meqavatlıq stansiya enerji təhlükəsizliyinin əsas dayaqlarından biridir.
Hazırda külək və günəş enerjisi layihələrinə xarici investorların marağı artır. Xəzər dənizinin yüksək külək potensialı bu sahə üçün geniş perspektivlər açır. Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilmiş ərazilər də bərpaolunan enerji üçün əlverişli bölgələr hesab olunur. Cəbrayıl rayonunda günəş elektrik stansiyalarının inşası həmin ərazilərə artan investisiya etimadını nümayiş etdirir. Eyni zamanda, kiçik su elektrik stansiyalarının tikintisi ilə bağlı planlar regionun enerji imkanlarını daha da genişləndirəcək.
“Xızı–Abşeron” KES-in fəaliyyəti nəticəsində ildə 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan artıq karbon emissiyasının qarşısı alınacaq. Bu göstəricilər Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinə uyğun gəlir. Beləliklə, ölkə həm ekoloji, həm də iqtisadi baxımdan dayanıqlı enerji siyasətini ardıcıl şəkildə həyata keçirir.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button