
Yasamalda baş vermiş yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyətində irəliləyiş var.
Reportyorinfo.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov feysbuk hesabında paylaşım edib:
“Əzizim Könül Vəlibəylinin qızı, gözəlimiz Ləman artıq reanimasiyadan palataya köçdü, vəziyyəti stabildir. Müalicəsi davam edir”.
Xatırladaq ki, Ləman həmin yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır



