
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri və fəalları 2 aprel – Dünya Autizm Məlumatlandırma Günü münasibətilə “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzini ziyarət ediblər.
Reportyorinfo.az xəbər verir ki, ziyarətçilər Autizm mərkəzində yaradılan şəraitlə tanış olublar, eləcə də inklüziv məşğulluq modeli, autizmli gənclərin cəmiyyətə inteqrasiyasına dəstək verən təşəbbüslər barədə informasiya alıblar.
Onlara dövlət tərəfindən autizmli şəxslərin cəmiyyətə tam inteqrasiyası üzrə həyata keçirilən davamlı tədbirlər, inklüziv təhsilinin inkişafı və həyat keyfiyyətinin yüksəldilməsi üzrə aparılan məqsədyönlü fəaliyyət haqqında geniş məlumat verilib. Xüsusilə də, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən sağlamlıq imkanları məhdud, eyni zamanda, autizmli uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan, Heydər Əliyev Fondu tərəfindən bu sahədə həyata keçirilən layihələrdən bəhs edilib və minnətdarlıq ifadə olunub.












