SosialMaraqlı

YAP Nizami rayon təşkilatının “Qış məktəbi” layihəsi çərçivəsində gənclər İqtisad Universitetini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənclər və könüllülər üçün təşkil etdiyi “Qış məktəbi”nin iştirakçıları Azərbaycan Dövlət İqtisad Universiteti – UNEC-i ziyarət ediblər.

Reportyorinfo.az xəbər verir ki, gənclər öncə UNEC şəhidlərinin xatirə kompleksi ilə tanış olub, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra UNEC ilə tanışlıq zamanı iştirakçılara universitetdəki ixtisaslar, elektron tədris prosesi, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı, idman zalları, kitabxanalar barədə ətraflı məlumat verilib.

Gənclər müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, kitabxana, akt və idman zalları, tələbə yeməkxanası, eləcə də Bloomberg laboratoriyası, universitetin digər inzibati və tədris məkanları ilə tanış olublar.

UNEC ilə tanışlıq “Qış məktəbi”nin iştirakçılarında zəngin təəssürat yaradıb.
#YAPNizami #YAPNizamiQisMektebi

Oxşar Xəbərlər

Back to top button