Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçərək Azərbaycanın tərəqqisində müstəsna rol oynayır

Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının siyasi-ictimai hadisələrə münasibətdə hər zaman ön xətdə irəliləməsi, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlaması, bu yolda islahatlara xüsusilə önəm verməsi ilə seçilir. Yeni Azərbaycan Partiyası bütün bu siyasi reallıqların fonunda, yaranmış reallıqlardan çıxış edərək, özünün müəyyənləşdirdiyi yenilənmiş fəaliyyət proqramı ilə yoluna davam etməkdədir. Hazırda Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) keçdiyi inkişaf yolu barədə aydın təsəvvür yaradır. Ümummilli lider Heydər Əliyev cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan YAP-ı qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Dövlətimizin başçısı İlham Əliyev müstəqil Azərbaycanın getdikcə inkişaf etməsində, beynəlxalq aləmə inteqrasiya olunmasında və reytinqinin artmasında Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətindən söz açaraq demişdir: “1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar, demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşdular. Ona görə Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstərmişlər. Çünki o vaxtkı iqtidar imkan vermədi ki, hətta partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi”. 5 mart 2021-ci il tarixində keçirilən YAP-ın VII qurultayı əlamətdar tarixi hadisə, 44 günlük Vətən müharibəsindən sonrakı Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım kimi dəyərləndirildi. Qurultayda Azərbaycanın bütün istiqamətləri, eyni zamanda YAP-ın qarşısında dayanan vəzifələr diqqətə çatdırılmışdır. Ölkə rəhbərinin, partiyamızın Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.” Son illərdə həyata keçirilən islahatlar idarəetmədə keyfiyyətin və səmərəliliyin daha da artırılmasına, vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət etdi. Bu baxımdan yeni islahatlar dövlət hakimiyyəti idarə etməsini, məhkəmə-hüquq sistemini cəmiyyətdə formalaşan yeni çağırışlara və ölkədə baş verən pozitiv dəyişikliklərə uyğunlaşdırdı, ictimai həyatın bütün sferalarında vətəndaşların məmnunluq səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb etdi. O cümlədən sosial islahatlar Prezident İlham Əliyevin öz vətəndaşına olan diqqət və qayğısının təzahürü idi. Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası bu islahatların həyata keçirilməsinə öz töhfəsini verir. Məhz YAP-ı təmsil edən deputatların təşəbbüsü ilə Milli Məclisin buraxılması və yeni parlament seçkilərinin təyin edilməsi üçün Prezidentə müraciətin qəbul edilməsi partiyanın islahatlara verdiyi dəstəyin və töhfənin növbəti nümunəsi idi.
Sevil Rəfiyeva,
Nizami rayon 272 saylı məktəbin direktor müavini



