AnalitikaGündəm

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir

“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” ifadəsi Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının tarixi, rolu və dəyərləri haqqında dediyi dəyərli fikirlərindən biridir. Ulu Öndər Heydər Əliyev bu partiyanın yaradıcısı kimi onun milli maraqlara xidmət edən, dövlətçiliyi qoruyan və ölkənin gələcək inkişaf yolunu təmin edən siyasi qüvvə olduğunu vurğulayıb.

Yeni Azərbaycan Partiyası 1992-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış, Azərbaycanın siyasi arenasında uzun illər dominant güc olmuşdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında hələ də bu partiya ölkənin əsas siyasi qüvvəsi olaraq qalır və dövlətin inkişaf istiqamətlərini formalaşdırır.

YAP-ın Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və bu gün partiyamızın 32-ci ilini qeyd edirik ki, məqsədlərinə uyğun fəaliyyət göstərib. YAP Cənubi Qafqazda ən böyük partiyadır.

Yeni Azərbaycan Partiyası özlüyündə zəngin və şərəfli inkişaf yoluna malikdir. 800 min nəfərə yaxın üzvü olan YAP bu müddətdə ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı addımlar ataraq qələbələr qazanıb. 1999-cu ildə Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurmuş və beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazanmışdır. Burada isə Ulu Öndər Heydər Əliyevin davamçısı Cənab Prezident İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olunmuşdur.

Özündə yüksək intellektual potensialı birləşdirən Yeni Azərbaycan Partiyası gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə etimad məsələsi Yeni Azərbaycan Partiyasının üzvləri arasında gənclərin sayını artırdı.

YAP-ın Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə də mühüm işlər görür.

Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. YAP-ın beynəxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Ruminya, Ukrayna, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında  görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir, bu əlaqələr eyni zamanda müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.

Həsənova Aytən,
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin tarix müəllimi 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button