
Medianın müasir dövrün tələblərinə uyğun inkişaf etməsi üçün həm söz azadlığına, həm də çox möhkəm və düzgün hüquqi, institusional bazaya ehtiyac var. Bu istiqamətdə atılan addımlar, xüsusilə də yeni “Media haqqında” Qanunun qəbul edilməsi ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunması və rəqabətə davamlı informasiya mühitinin yaradılması üçün geniş üfüqlər açıb.
Eyni zamanda, 2026-cı ilin iyul ayında qanunvericiliyə edilən dəyişikliklərlə yaradılması nəzərdə tutulan Media və Yayım Şurası bu fəaliyyətin praktiki icrasında mühüm rol oynayacaq. Bu yeni qurum çap, onlayn və audiovizual sahələr arasında vahid yanaşma tətbiq edərək media subyektlərinin iqtisadi müstəqilliyini daha da möhkəmləndirəcək.
Şuranın dezinformasiyanın aşkarlanması, innovasiyaların tətbiqi və gənc mütəxəssislərin hazırlanması istiqamətindəki fəaliyyəti sübut edir ki, dövlət informasiya sisteminin əsas sütunu olan mediaya ən yüksək həssaslıqla yanaşır və onun inkişafını hər tərəfli dəstəkləyir.
Zərifə Məmmədzadə,
YAP Nizami rayon təşkilatının fəalı



