
8 Noyabr – Zəfər Günü haqqında bir şəhidailəsi olaraq danışmaq həm böyük qürur, həm dədərin məsuliyyət hissi yaradır. Çünki ZəfərGünü sadəcə təqvimdə qeyd olunan bir tarixdeyil. Bu gün xalqımızın birliyinin, iradəsinin, Vətən sevgisinin və mübarizə əzminintəntənəsidir. Bu gün Azərbaycan xalqının illərləqəlbində yaşatdığı torpaq həsrətinin sonaçatdığı, milli qürurumuzun və tarixi ədalətinbərpa olunduğu gündür.
Bu şanlı Zəfərin qazanılmasında AzərbaycanRespublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətlirəhbərliyi, Azərbaycan Ordusunun gücü vəxalqımızın sarsılmaz birliyi müstəsna roloynayıb. Onun hər səhifəsində qəhrəmanoğullarımızın qanı, canı, fədakarlığı, analarınduaları, ataların qüruru, ailələrin səbr vədözümü var. Bu gün azad səma altında qalibxalqın nümayəndələri kimi bir araya gəlmişiksə, bunu ilk növbədə Vətən uğrunda həyatını fədaedən şəhidlərimizə, sağlamlığını itirənqazilərimizə və torpaqlarımızın azadlığı uğrundamübarizə aparan bütün qəhrəmanlarımızaborcluyuq.
Şəhidlərimizin adını çəkərkən insanınqəlbində sözlə ifadə olunması çətin olan hisslərbaş qaldırır. Çünki hər bir şəhid adı arxasındabir ömür, bir ailə, yarımçıq qalan arzular vəəvəzolunmaz bir itki dayanır. Ancaq onlarınhəyatı və mübarizəsi eyni zamanda böyük birqəhrəmanlıq tarixidir. Onlar öz ömürləri ilə bizəVətəni sevməyin, onu qorumağın və lazımgəldikdə onun uğrunda hər şeydən keçməyin nədemək olduğunu göstərdilər.
Mən şəhid polkovnik-leytenant SənanAxundovun həyat yoldaşıyam. Bu ad mənimüçün həm böyük bir qürur, həm də ömür boyudaşıdığım müqəddəs bir məsuliyyətdir.
Sənanın xatirəsi mənim üçün yalnız keçmişəaid bir xatirə deyil. O, hər gün yaşadığım, hərgün hiss etdiyim, ailəmizlə, övladlarımızla vəVətənimizlə bağlı düşüncələrimdə yaşatdığımbir dəyərdir. Şəhid ailəsi olmaq, sevdiyininsanın yoxluğunu qəbul etmək çox çətindir. Lakin onun Vətən uğrunda göstərdiyiqəhrəmanlığın xalqımızın yaddaşında yaşadığınıgörmək insana güc verir.
Bu gün minlərlə qəhrəmanımızın bizə əmanətqoyduğu ən böyük dəyər azad, müstəqil vəsuveren Azərbaycandır. Bizim borcumuz buəmanəti qorumaq, şəhidlərimizin xatirəsiniyaşatmaq və onların uğrunda canlarındankeçdikləri Vətəni daha da inkişaf etdirməkdir.
Mən eyni zamanda bir müəlliməm vəmüəllim kimi hesab edirəm ki, Zəfər Günününgənc nəslə çatdırılması xüsusi əhəmiyyətdaşıyır. Çünki məktəb yalnız bilik verən məkandeyil, həm də şəxsiyyətin, vətəndaşlıqmövqeyinin və Vətən sevgisinin formalaşdığıyerdir.
Biz uşaqlarımıza Zəfər tarixini öyrədərkənonlara yalnız döyüşlərdən, hərbi uğurlardandanışmırıq. Biz onlara birliyin gücünü, milli həmrəyliyin əhəmiyyətini, torpağa bağlılığı vəməsuliyyətli vətəndaş olmağın dəyəriniaşılayırıq. İstəyirik ki, onlar bayrağımızabaxanda qürur duysunlar, şəhidlərimizin adınıeşidəndə ehtiramla baş əysinlər, ölkəmizingələcəyi üçün öz bilik və bacarıqları iləçalışsınlar.
Mən həmdə bir anayam. İki övladım var. Oğlum atası Şəhid olandan sonra hərbi həkim olmaq qərarına gəldi. Hədəfinə çataraq Ali Hərbi Tibb Akademiyasını yüksək nəticələrlə bitirdi və hazırda Müdafiə Nazirliyinin Baş Tibb İdarəsində tibb xidmət leytenantı vəzifəsində çalışır. Milli Ordumuza, əsgər və zabit heyətimizə layiqincə xidmət edir. Düşünürəm ki, atası Vətəndən ötrü Şəhid olan bir övladın daha sonra düşünülmüş formada, məqsədli olaraq hərbi sektoru seçməsi, həyatını bu sahə ilə bağlaması və bu sahədə çalışması Vətənə sədaqəti aydın şəkildə göstərir.
Əminəm ki, şəhidlərimizin ən böyük arzularından biri də Vətənimizin güclü, xalqımızın firavan, uşaqlarımızın xoşbəxt gələcəyə sahib olmasıdır. Bu məqsədə çatmaq üçün hər birimiz öz sahəmizdə məsuliyyətlə çalışmalı, gənclərimizə düzgün örnək olmalı, eyni zamanda milli dəyərlərimizi qorumalıyıq.
Bu gün qalib Azərbaycanın vətəndaşları olaraq üzərimizə düşən vəzifə milli birliyi qorumaq, ölkəmizin inkişafına töhfə vermək və Zəfərimizin əbədi olmasına çalışmaqdır.
Zəfər Günü bizə həm qürur yaşadır, həm də müqəddəs bir həqiqəti xatırladır: Vətən sevgisi yalnız sözlə deyil, əməllə, məsuliyyətlə və sədaqətlə sübut olunur.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirəm. Qazilərimizə möhkəm cansağlığı, şəhid ailələrinə səbir və güc arzulayıram. Arzum budur ki, ölkəmizin səmasında daim sülh olsun, bayrağımız hər zaman yüksəklərdə dalğalansın, övladlarımız Vətənimizin uğurlarını görərək böyüsünlər.
Qoy hər bir Azərbaycan övladı Zəfər tariximizlə fəxr etsin, şəhidlərimizin əmanətinə sahib çıxsın və bu müqəddəs torpağın gələcəyi naminə əlindən gələni etsin.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Zəfər qazanan Azərbaycan xalqı!
Yaşasın Azərbaycan xalqının Qalib lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev!
8 Noyabr – Zəfər Günümüz mübarək olsun!
Nəcibə Axundova,
Şəhid polkovnik-leytenant Sənan Axundovunhəyat yoldaşı, 34 saylı tam orta məktəbindirektoru, YAP Nərimanov rayon təşkilatı üzrəƏPT sədri



