AnalitikaGündəmSiyasət

Zəfər Ruhunun Qlobal Birləşməsi

2022-ci il aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı müasir tariximizdə xüsusi məna daşıyan hadisə kimi yadda qaldı. Məhz Zəfər simvolu olan bu şəhərdə təşkil edilən toplantı milli qürurun və tarixi ədalətin bərpasının ideoloji ifadəsinə çevrildi. Qurultayın keçirildiyi məkan onun siyasi və mənəvi çəkisini daha da artırdı.
Bu toplantı dünya azərbaycanlılarının yeni reallıqlar fonunda bir araya gəlməsini təmin etdi. Müxtəlif ölkələrdən gələn diaspor nümayəndələri Azərbaycanın qazandığı tarixi nailiyyətləri birlikdə dəyərləndirdi, gələcək fəaliyyət istiqamətlərini müzakirə etdilər. Qurultay, həmçinin, Vətənlə diaspor arasında əlaqələrin daha da möhkəmləndiyini nümayiş etdirdi.
Zəfər Qurultayı diaspor fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Burada səsləndirilən ideyalar və çağırışlar xaricdə yaşayan soydaşların daha fəal, daha koordinasiyalı fəaliyyət göstərməsinə yönəldi. Milli maraqların beynəlxalq müstəvidə müdafiəsi əsas prioritet kimi ön plana çıxdı.
Şuşada keçirilən bu Qurultay həm də gələcəyə ünvanlanan mesaj idi. O, Azərbaycan xalqının birliyinin sarsılmaz olduğunu və qazanılan Zəfərin yalnız hərbi deyil, milli həmrəylik zəfəri olduğunu göstərdi. Bu toplantı dünya azərbaycanlılarının ortaq iradəsinin və güclü dövlətə bağlılığının parlaq təzahürü kimi tarixdə yerini aldı.

Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı

 

Oxşar Xəbərlər

Back to top button