AnalitikaGündəmOrdu

Zəfərlə Qazandığımız 26 İyun

Hər bir xalqın tarixində dönüş nöqtələri olur – anlar ki, illərlə qurulan arzular gerçəyə çevrilir. Azərbaycan üçün 26 iyun məhz belə bir gündür. Silahlı Qüvvələr Günü, təkcə hərbçilərin peşə bayramı deyil, həm də xalqın bir yumruq kimi birləşdiyi və torpaqlarına sahib çıxdığı böyük qürur anıdır. Bu gün, illərlə səsləndirilən bir vədin – “ərazi bütövlüyü bərpa olunacaq!” – gerçəyə çevrildiyi gündür.

Prezident İlham Əliyev illər boyu Silahlı Qüvvələr Günü münasibətilə keçirilən tədbirlərdə bu ideyanı xalqın şüuruna yerləşdirirdi: torpaqlarımız danışıqlarla azad olunmasa, döyüş yolu ilə azad ediləcək. Bu, təkcə siyasi bəyanat deyildi – bu, gələcək zəfərin xəbərçisi idi. 2020-ci ildə Azərbaycan Ordusu həmin xəbərçiliyi reallığa çevirdi.

Vətən müharibəsində əldə olunan parlaq qələbə, Ali Baş Komandanın dediyi kimi, beynəlxalq hüququn bərqərar olunması ilə yanaşı, tarixi ədalətin də bərpasıdır. Artıq 26 iyun təkcə anma və təntənə günü deyil, həm də zəfərin təcəssümüdür. Hərbi gücümüz, siyasi qətiyyətimiz və xalqımızın ruhu bu uğuru mümkün etdi.

Bu gündən etibarən, hər 26 iyun təkcə keçmişin deyil, gələcəyin də simvoludur. Azərbaycan ordusu sübut etdi ki, həm sülhə, həm də qələbəyə hazırdır. Bu gün bizim ordumuz – millətin gücüdür, zəfərin rəmzidir, gələcəyin təminatıdır.

Nigar Cəlalova 

YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button