
Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidentini “Azadlıq” ordeni ilə təltif edib.
Reportyorinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri fərman imzalayıb.
Məlumata görə, Andjey Duda “Ukrayna-Polşa beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsində, Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsində göstərdiyi şəxsi xidmətlərinə görə” ordenlə təltif edilib.
Xatırladaq ki, Duda Polşa dövlət başçısı kimi Ukraynaya sonuncu səfərini edib.