
2026-cı ilin aprelində Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri və Prezident İlham Əliyev ilə Qəbələdə keçirdiyi görüş regionda geosiyasi balansın yeni mərhələyə keçdiyini göstərən mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Avrasiya məkanında enerji, təhlükəsizlik və humanitar əməkdaşlığın yenidən formatlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Aprelin 25-də Qəbələdə keçirilən görüş həm təkbətək, həm də geniş tərkibdə formatda baş tutmuşdur. Danışıqlarda enerji, kənd təsərrüfatı, humanitar əməkdaşlıq və hökumətlərarası mexanizmlərin inkişafı əsas müzakirə mövzuları olmuşdur.Prezident İlham Əliyev çıxışında bu səfərin əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını vurğuladı. Ukrayna Prezidenti isə Azərbaycanın göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirərək təşəkkürünü bildirdi.
Azərbaycan və Ukrayna arasında enerji əməkdaşlığı bu görüşün əsas sütunlarından biri kimi çıxış edir. Xüsusilə Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycanın rolu getdikcə artır.Səfərin diqqət çəkən tərəflərindən biri də humanitar aspektlərdir. Azərbaycan tərəfindən Ukraynalı uşaqlara göstərilən qayğı və reabilitasiya proqramları xüsusi vurğulanmışdır.Azərbaycanın həm Rusiya, həm Qərb, həm də Ukrayna ilə münasibətləri paralel şəkildə inkişaf etdirməsi onu regionun mühüm diplomatik platformasına çevirir.Zelenskinin Azərbaycana səfəri və İlham Əliyevlə görüşü göstərdi ki, Bakı artıq təkcə regional deyil, həm də qlobal siyasi dialoqun aktiv iştirakçısına çevrilir. Azərbaycanın çoxvektorlu xarici siyasət kursuna uyğun olaraq balanslı və praqmatik münasibətlərin qurulduğunu göstərir: “Ukrayna ilə əməkdaşlıq Azərbaycanın həm Avropa məkanında mövqelərini gücləndirməsinə, həm də regional geosiyasi balansda daha fəal rol oynamasına imkan yaradır.
Eyni zamanda, bu münasibətlər Şərqi Avropa ilə Cənubi Qafqaz arasında iqtisadi və siyasi körpü rolunu gücləndirərək Azərbaycanın tranzit və logistika potensialını artırır”. “Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri yalnız dostluq səviyyəsində deyil, dövlət maraqlarına xidmət edən çoxşaxəli strateji tərəfdaşlıq mərhələsindədir. Bu əməkdaşlığın inkişafı Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadi imkanlarının genişləndirilməsi və təhlükəsizlik sisteminin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və perspektivdə daha dərin və nəticəyönümlü əməkdaşlıq üçün real zəmin yaradır”.
Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası , məsləhətçi



