Dünya
“İsrail bu şərtlə atəşkəsi uzada bilər”
“İsrail hər gün 10 girovun azad edilməsi şərti ilə HƏMAS-la atəşkəsin müddətini uzatmağa hazırdır”.
Reportyorinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Baydenlə söhbətində İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, Baydenə bildirib ki, atəşkəs başa çatdıqdan sonra quru əməliyyatı tam gücü ilə bərpa ediləcək.
İsrailin Baş naziri əlavə edib ki, əməliyyatın məqsədi HƏMAS-ı məhv etmək və girovları azad etməkdir.
Xatırladaq ki, noyabrın 24-ü Qəzzada 4 günlük müvəqqəti atəşkəs qüvvəyə minib. Həmin gün HƏMAS Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə girovların ilk qrupunu təslim edib. Hazırda HƏMAS-ın 190 girova sahib olduğu bildirilir.