İqtisadiyyat

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir

Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir.

Reportyorinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında layihədə yer alıb.

Layihəyə əsasən, Toğrul Nəcəfəli oğlu ƏliyevGülər Azər qızı PaşayevaƏli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilov Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklif olunur.

Bundan başqa, Rəşad Temraz oğlu Orucovun AMB İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi məsələsi də layihədə yer alıb.

Qeyd edək ki, “Mərkəzi Bank haqqında” Qanuna əsasən, İdarə Heyətinin 7 üzvü olmalıdır.

AMB sədri Taleh Kazımov İdarə Heyətinə gözlənilən dəyişikliklərin səbəbi açıqlayıb.

“Qanuna əsasən AMB-nin İdarə Heyəti 7 üzv və 2 müstəqil üzvlə fəaliyyət göstərməlidir. Amma iki ildən artıq müddətdə İdarə Heyəti məhdud heyətlə fəaliyyət göstərib. 2024-cü ilin əvvəlində AMB strategiya qəbul edib. Bu strategiyanım həyata keçirilməsi və ölkə başçısının qarşıya qoyduğu məqsədləri dəstəkləyən mandatın uğurlu həyata keçirilməsi üçün buna ehtiyac var”, – deyə T.Kazımov əlavə edib.

Oxşar Xəbərlər

Back to top button