
Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı və qəbul edilən qərarlar regionun geosiyasi mənzərəsini müsbət tərəfə dəyişmişdir.
Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərinin vahid strateji platformadan çıxış etməsi Avrasiya qitəsində yeni güc mərkəzinin formalaşdığını nümayiş etdirir.
Siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əldə olunmuş razılaşmalar uzunmüddətli davamlı inkişafın təminatıdır.
Dövlət başçılarının qətiyyətli iradəsi və dostluq münasibətləri qoyulmuş hədəflərin uğurla reallaşacağına tam zəmanət verir.
Yekun olaraq, Prezident İlham Əliyevin bu tarixi çıxışı Azərbaycan-Mərkəzi Asiya alyansını qlobal miqyasda aparıcı geoiqtisadi və geosiyasi faktora çevirmişdir.
Sevinc Salayeva,
YAP Nizami rayon təşkilatının fəalı



