AnalitikaGündəmSiyasət

Zəfər Parkı Azərbaycanın milli qürurunun, tarixinin və əzmkarlığınının göstəricisidir

“44 günlük Vətən müharibəsinin nəticəsi olaraq əldə edilən parlaq qələbə Azərbaycan tarixinin ən əzəmətli səhifələrindən biri kimi yadda qalır. Müharibədə qazanılan tarixi zəfərimiz yalnız hərbi güclə deyil, həm də siyasi gücümüz, xalq-iqtidar birliyi, vətənpərvərlik ruhu və beynəlxalq arenada nümayiş etdirdiyimiz qətiyyətlə mümkün oldu. Gələcək nəsillər bu tarixi unutmamalı, Azərbaycan xalqının mübarizliyini və əyilməz ruhunu xatırlamalıdır. Bu hər bir azərbaycanlının qürur mənbəyidir”.

Bunu “Reportyorinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, tarixi qələbəmizin rəmzi olan Zəfər Parkı xalqımızın qəhrəmanlıq dolu mübarizəsini və 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəni simvolizə edən bir abidədir. Bu park yalnız qələbənin təntənəsi deyil, eyni zamanda azərbaycançılıq ruhunun və millətin birliyinin rəmzidir. Zəfər Parkı Azərbaycan xalqının uzun illər işğal altında olan torpaqlarını geri qaytarmaq uğrunda apardığı mübarizənin parlaq nəticəsi olaraq yaradılmışdır:

“Zəfər Parkı öz möhtəşəmliyi ilə seçilir. Parkın mərkəzində Azərbaycanın suverenliyini, gücünü və milli birliyini təcəssüm etdirən abidələr yerləşir. Zəfər tağı, Azərbaycan bayrağı və xüsusi hazırlanmış dekorativ elementlər meydanı unikal bir məkana çevirir. Parkın ətrafı geniş yaşıllıq sahələri, istirahət zonaları və müasir memarlıq nümunələri ilə əhatə olunmuşdur. Zəfər Parkı təkcə bir abidə deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün bir mənbədir. Zəfər Parkı həm yerli, həm də xarici qonaqlar üçün açıqdır. Burada həm qələbə sevincini, həm də Vətən uğrunda şəhid olanların ruhunu yad etmək üçün xüsusi yerlər mövcuddur”.- deyən Rəşadət Xalıqov əlavə edib ki, Zəfər Parkı Azərbaycanın milli qürurunun, tarixinin və əzmkarlığınının göstəricisidir.

Oxşar Xəbərlər

Back to top button