AnalitikaGündəmSiyasət

Bu bizim şanlı qələbəmiz,tarixi zəfərimizdir

27 Sentyabrda başlayan hərbi əməliyyatlarda Milli Ordumuzun hissələri 30 ilə yaxın bir zaman kəsiyində möhkəm istehkamlarla qorunan “xətti” silib-süpürdülər, ermənilərin canlı qüvvə və hərbi texnikalarını torpağın dərinliklərinə gömdülər. Strategiya olaraq bir neçə cəbhədə düşməni sıxışdırmağa müvəffəq olan ordumuz 4 şəhər, 200-dən artıq kənd, bir neçə qəsəbə və strateji cəhətdən əlverişli mövqedə olan Murovdağ yüksəkliyini azad etməyə nail olub. Bütün bunlar ordumuzun yüksək döyüş qabiliyyəti və qələbə əzminin bariz nümunəsidir. Ali Baş Komandanımız cənab İlham Əliyevin komandanlığı altında olan ordu hissələrimiz bir daha Azərbaycanın gücünü bütün dünyaya sübut etdi. Davam edən hərbi əməliyyatlarda da düşmənin necə aciz duruma düşməsi və arxasına belə baxmadan qaçması onların necə də qorxaq xislətli biri olduqlarını açıq-aydın əks etdirir.

9 Noyabr tarixində gecə saatlarında başlanan və 10 noyabr tarixində imzalanan sülh müqaviləsi oldu ki, bu da mahiyyət etibarilə Ermənistanın təslim olub bizim irəli sürdüyümüz şərtlərə əsaslanan kapitulyasiya sənədi idi. Bu sənəd bizim döyüşlərdə şəhidlərimizin qanı bahasına azad etdiyimiz torpaqların daha da genişlənməsi yəni işğal altında olan digər rayonların da döyüşsüz azad edilməsi demək idi. Cənab Prezidentimizin ağıllı siyasi gedişləri hesabına imzalanan bu müqavilə bizim “masadakı” qələbəmiz demək idi. Üçtərəfli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda da bu məqamı xüsusi vurğulayaraq demişdir: “Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”.Bu tarixi gündə Azərbaycan xalqına bu müjdəni vermək Cənab prezident İlham Əliyev üçün çox önəmli bir an idi.  Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bu çıxış tarixlərə yazıldı. Bu çıxış xalqımızı qürurlandırdı, yenilədi, bütövləşdirdi.

İslam Bafadarov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button