AnalitikaGündəm

Yeni Azərbaycan Partiyası ötən 32 il ərzində böyük inkişaf yolu keçmişdir

Yeni Azərbaycan Partiyasının təsis edilməsindən 32 il ötür. Keçən 32 illik çətin, lakin şərəfli yolda ölkəmizdə qazanılan nailiyyətlərin müəllifləri Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevdir.

Yeni Azərbaycan Partiyası 1992-ci ilin ən çətin şəraitində zərurətdən yaranmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Yeni Azərbaycan Partiyası ilk dövrlərdə müxalifət partiyası olaraq yaranmışdır. Ölkədə gedən proseslər Azərbaycanın gələcəyini sual altında qoymuşdu və ölkə parçalanma ərəfəsində idi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, cəsarəti nəticəsində ölkəmiz o çətin şəraitdən şərəflə çıxmağı bacardı, Azərbaycan özünü bütün təhlükələrdən qoruya bildi. Ölkəmiz inamla inkişaf etməyə başladı və qısa müddət ərzində Azərbaycan öz siyasi və iqtisadi potensialını gücləndirərib bölgədə lider dövlətə çevrildi. Bu, böyük siyasi və tarixi hadisədir.

Yeni Azərbaycan Partiyasının yaradılması 1988-ci ildən ölkəmizdə baş verən hadisələrin və mövcud ictimai-siyasi mühitin məntiqi nəticəsi idi. Ulu Öndər Heydər Əliyev o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi. Heydər Əliyev xalqın ərizəsini qəbul etsə də, partiyanı yaratmaq istəyənlərin bir qismi 550- nəfərlik təşəbbüs qrupunu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular, çünki o vaxt hakimiyyət bu partiyanın yaradılmasına əngəllər yaratmışdı. Bütün bu əngəllərə baxmayaraq Heydər Əliyev Bakıya gəlir. Azərbaycanın bütün bölgələrindən seçilmiş nümayəndələrin iştirak etdiyi konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarla partiyanın Proqram və Əsasnaməsi qəbul edilib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib. Bundan başqa, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədr müavinləri seçilib. Beləliklə, müstəqil Azərbaycanın tarixində böyük tarixi missiyanı üzərinə götürən, xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyasının Proqramında qarşıya qoyulan əsas vəzifələr onun müstəqilliyini möhkəmləndirmək, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaşların mülki və firəvan həyatını təmin etməkdir. Partiyanın amalının əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri həm də Azərbaycanın siyasi gələcəyinin intellektual infrastrukturunu şərtləndirir, məqsədlərinin reallaşmasının təminatıdır.

Məhz, 1993-cü il oktyabrın 3-də YAP-ın sədri Heydər Əliyevin seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında münasibəti güclənmiş, kütləvi siyasi hakimiyyətə çevrilmiş və ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq üçün yüksək səmərəlilik nümayiş etdirilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin əməli fəaliyyətə söykənən müzəffər sərkərdə, yenilməz siyasi lider obrazı sübut edir ki, Vətən müharibəsindəki möhtəşəm qələbənin, torpaqlarımızın işğaldan azad olunmasının, ölkədəki intibahın, siyasi sabitliyin, əmin-amanlığın müəllifi, sülhün qarantı odur. Xalq ona inanır, güvənir və hərtərəfli dəstək verir. Xalqın, liderin və dövlətin sarsılmaz birliyi gələcəkdə daha böyük uğurlar qazanacağımızdan xəbər verir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button