AnalitikaGündəm

Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərir

Azərbaycan vətəndaşları əmin idi ki, cəmiyyətimizin özünəqayıdışının təmin edilməsi qüdrətli şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində mümkün ola bilər: “Bu da Azərbaycanı məhv olmaqdan xilas etmək üçün Yeni Azərbaycan Partiyasının yaranması vasitəsilə Heydər Əliyevin hakimiyyətə qayıtmasını təmin etməkdən ibarət idi. Buna görə də 32 il bundan əvvəl Yeni Azərbaycan Partiyasının təsis olunmasını Azərbaycan cəmiyyəti əslində, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranmış böyük xalq hərəkatı kimi dərk edir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və Sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə, böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərətəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində böyük nəticələr əldə olundu. Bu strategiya ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi.  Yeni Azərbaycan Partiyası uğurlu taleyi olan siyasi təşkilat hesab oluna bilər.” Bütün bu nailiyyətlər bir partiyanın öz tarixi missiyasını və xalq qarşısında öz üzərinə götürdüyü öhdəlikləri layiqincə, ləyaqətlə yerinə yetirdiyinə sübut kimi qiymətləndirilə bilər: Bu gün 800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasında gənclərin xüsusi yeri var, eyni zamanda partiya veteranlarının təcrübəsindən kifayət qədər istifadə olunur. YAP-ın dünyanın demokratik partiyaları ilə əlaqələri mövcuddur, razılaşmalar əldə olunub, beynəlxalq əlaqələri genişdir. YAP xarici dövlətlərlə təcrübə mübadiləsi aparır və partiyanın üzvləri bu ölkələrə rəsmi səfərlər edirlər.  Yeni Azərbaycan Partiyasının  yaranmasından 32 il keçir və geriyə baxanda düşünürük ki, nə yaxşı ki,  partiyanın yaradılması ideyası reallaşıb.

Bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində quruculuq işləri gedir, Böyük qayıdış həyata keçirilir. Təbii ki, hakim partiya olan YAP bu məsələlərin uğurla həll olunması üçün əlindən gələni edir. Çünki Heydər Əliyevin bünövrəsini qoyduğu bu partiya bu gün Cənubi Qafqazın ən böyük partiyasıdır, həmçinin partiyanın apardığı işlər Azərbaycan xalqının arzu və istəklərini reallaşdırır. Nə qədər ki, Azərbaycan var, YAP da azərbaycançılıq ideologiyasını uğurla həyata keçirməklə ölkəmizin bütövlüyünü qoruyacaq. Azərbaycanın hər yerində üçrəngli bayrağımız şərəflə dalğalanır. Ölkəmizdə separatçı qüvvələr darmadağın edilib, torpaqlarımızdan çıxarılıb.“Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşaiyət olunacaq”. Bu gün bütün Azərbaycan xalqı azərbaycançılıq ideologiyası ətrafında birləşib və xoşbəxt gələcəyi olan Azərbaycan üçün mübarizə aparır. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

Ramin Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button