Noyabrın 11-dən 24-ə qədər Bakıda keçirilən COP29 iqlimi sammiti həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlara həkk olunmaqdadır. COP29-a ev sahibliyi etmək bizim üçün böyük şərəf idi. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsinə nail oldu, necə deyərlər, qonaq qarşısında üzüağ çıxmaq mərifətini göstərdi.
“Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi. Az tanınan və inkişaf etməkdə olan ölkələrin nümayəndələrinin sammitində və müzakirələrdə həvəslə iştiark etmələrinin bir səbəbi də bu nəticələrdən asılı olaraq onlar böyük maliyyə yardımları ala bilərdilər. Belə dövlətlər də müəyyən mənada öz məqsədlərinə çatdılar.
İqlim dəyişikliklərinin fəsadları ilə bağlı aparılan hesablamalar uyğun əldə olunan razılaşmaya əsasən hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi, kasıb dövlətlər üçün isə 2035-ci ilə qədər 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan hədəflər müəyyənləşdirildi.Həmçinin, COP29 sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim etdi, bunları 150 tərəf təsdiq etdi.
COP29-un ən böyük uğurlarından biri 2015-ci ildən bəri ilk dəfə olaraq “Paris sazişi”nin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. 6-cı maddə üzrə yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdı. Ancaq buna nail olmaq dünyanın inkişaf etmiş ölkələrindən-ABŞ, Avropa ittifaqı,Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə, məntiqi sonluğa yönləndirmək idi. Belə bir mürəkkəb maraqlar labirintinin Çindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üstün səviyyəsi sayılmalıdır.
Bir sözlə, bütün dünya üçün böyük əhəmiyyət daşıyan bu sammit öz müsbət nəticələri ilə başa çatdı. Xoşbəxtlikdən, ölkəmizin adına xələl gətirə biləcək hər hansı xoşagəlməz hadisə baş vermədi, tədbirqabağı aparılan qarayaxma kompaniyaları öz təsdiqini tapmadı.
Səftərova Nigar,
Xəzər rayonu, D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin müəllimi