GündəmSiyasət

Prezident Fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Reportyorinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Fərmanda deyilir:

Azərbaycan Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycanın Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci və 2.2-ci bəndlərdə “346-1.1 və 346-1.5-ci maddələrində” sözləri “346-1-ci maddəsində” sözləri ilə əvəz edilsin və həmin bəndlərdən “346-1.2–346-1.4,” rəqəmləri çıxarılsın.

2. 2.3-cü bənddə “346-1.1, 346-1.5-ci maddələrində” sözləri “346-1-ci maddəsində” sözləri ilə əvəz edilsin.

3. 2.4-cü bəndə “habelə” sözündən əvvəl “Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346-1-ci maddəsində,” sözləri əlavə olunsun və həmin bənddə “, 324-3-cü və 346-1.2–346-1.4-cü” sözləri “və 324-3-cü” sözləri ilə əvəz edilsin.

Oxşar Xəbərlər

Back to top button