AnalitikaGündəmSiyasət

Azərbaycan və Rusiya arasında münasibətlər yalnız ikitərəfli deyil həm də regional əməkdaşlıq səviyyəsində inkişaf edir

Azərbaycan və Rusiya arasında münasibətlər yalnız ikitərəfli deyil, həm də regional əməkdaşlıq səviyyəsində inkişaf edir. Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə bir sıra ciddi məsələlərə, həmçinin ATƏT-in MİNSK qrupunun qeyri-səmərəli fəaliyyətinə toxunmuşdur. Ötən illər ərzində ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupu işğala son qoyulması istiqamətində çalışıb. Lakin beynəlxalq vasitəçilərin səyləri nəticəsiz qaldı. Bu nəticəsizlik  Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe tutması ilə əlaqədar idi. Beləliklə, Minsk qrupunun fəaliyyətinin nəticəsizliyi Azərbaycan cəmiyyətində ciddi məyusluq yaratmışdı. Artıq bir sıra azərbaycanlı ekspertlər  hesab edirdilər ki, Minsk qrupunun fəaliyyətinə ümumiyyətlə, son qoyulmalıdır. Bildirilirdi ki, Minsk qrupu problemi həll edəcək gücə, qətiyyətə malik deyil. Bu problemi yalnız Azərbaycan  dövləti xalqa arxalanaraq həll etməli idi.

Uzun illər səmərəsiz danışıqlardan sonra Azərbaycan məcbur qalaraq BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edərək 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. Torpaqları azad edəndən sonra aydın oldu ki, ATƏT-in Minsk qrupunun gözü önündə bu illər ərzində Azərbaycan torpaqları, işğal altındakı ərazilərin təbii resursları talan olunub, ekoloji terror həyata keçirilib. İki dəfə faktaraşdırıcı missiya ilə bu yerlərə səfər edən ATƏT-in Minsk qrupu bu cinayətləri görməzlikdən gəlib. Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını işğaldan azad etməklə yanaşı, dünyada qəbul edilən iribüdcəli sülhyaratma “sənayesinin” və nizamlanma mexanizminin yararsızlığını sübut etdi. ATƏT-in fəaliyyətsizliyi münaqişə şəraitində olan ölkələrə təzyiq və təsir vasitəsi olan mexanizmini itirməsinə gətirdi, özünü isə  proseslərdən kənarda qoydu. Beləliklə, faktiki olaraq artıq ATƏT-in Minsk Qrupuna ehtiyac qalmayıb.

Şəlalə Səmədova,
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Oxşar Xəbərlər

Back to top button