Prezident “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə bir sıra məsələlərlə bağlı ölkənin rəsmi mövqeyini ortaya qoymuş oldu. Bu müsahibə özündə bir sıra mühüm mesajları ehtiva etdi deyə bilərik. Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə münasibətləri, Rusiya-Ukrayna cəbhəsində baş verənlər, Ermənistanla nəzərdə tutulan sülh sazişi ilə bağlı detallar, Avqopa İttifaqı müşahidə missiyasının fəaliyyəti, soydaşlarımızın Qərbi Azərbaycandan qovulması və onların hüquqları, Gürcüstanda hazırki vəziyyət, Fransanın regionda oynadığıkı destruktiv fəaliyyəti və bir sıra digər məsələlərlə bağlı olduqca maraqlı açıqlamaların şahidi olduq: “Müsahibənin ən vacib məqamlarından biri Rusiya ilə NATO arasında baş verə biləcək müharibə ehtimalı ilə bağlı oldu. Cənab Prezident Azərbaycanın NATO və Rysiya arasında gərgin münasibətlərin aradan qaldırılması üçün töhfə verə biləcəyinin anonsunu verdi. Həqiqətən də ölkəmizin istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil mövqeyə malik ölkə olaraq qəbul edilməsi, eləcə də həm Rusiya, həm də NATO üzvü olan Türkiyə ilə münasibətləri vasitəçi ölkə qismində çıxış etmək imkanı verir.
Müsahibədə diqqət çəkən məqamlardan biri ölkəmizdə Türkiyənin hərbi bazasının yerləşdirilməsi ehtimalı ilə bağlı oldu. Məlumdur ki, Türkiyə Azərbaycan ordusunun hərbi potensialının artıırlmasında əvəzsiz xidmətləri olan bir ölkədir. Türkiyənin Azərbaycan Ordusunun müasirləşdirilməsində, NATO standartlarına keçməsində, döyüş qabiliyyətinin artmasında çox böyük rolu var. Bununla yanaşı Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi var və bu Bəyannamədə də təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir.
Dövlət başçısı həmçinin ənənəvi olaraq Ermənistandan qovulmuş azərbaycanlılardan və onların hüquqlarından da geniş şəkildə bəhs etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Bu məsələnin cənab Prezident tərəfindən daim diqqətdə saxlanılması və hər fürsətdə beynəlxaq ictimaiyyətə çatdırması bir tərəfdən həqiqətlərin çatdırılması baxımından, digər tərəfdən isə Ermənistana təzyiq baxımından olduqca əhəmiyyətlidir.
Nəbi Hacıyev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi