AnalitikaGündəmSiyasət

Azərbaycan dünyada nüfuzu artan ölkədir

Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova konseptual müsahibəsində Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, sülh müqaviləsi ətrafında danışıqlar prosesi, regional və beynəlxalq problemlərə dair sualları ətraflı cavablandırdı. Dövlət başçısı müsahibəsində Azərbaycanın uğurlarına kölgə salmağa, rəsmi Bakının müstəqil siyasət yürütməsini gözü götürməyən və buna hər vəchlə mane olmağa çalışan dairələrdən də söhbət açdı. Ölkəmizin yaxın-uzaq qonşuları ilə münasibətlərində üzərinə düşən öhdəlikləri bundan sonra da yerinə yetirəcəyini diqqətə çatdırdı.

Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan qonşuları ilə, xüsusilə də Rusiya Federasiyası ilə münasibətlərini nəinki qoruyub saxlayır, hətta müttəfiqlik səviyyəsində olan əlaqələrini inkişaf etdirir. 2022-ci ildə Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamənin imzalanmasından sonra dünyanın əsaslı şəkildə dəyişməsinə baxmayaraq, rəsmi Bakı şimal qonşusu ilə yüksək səviyyəli münasibətlərinin güclənməsinə kömək edən istənilən addımları dəstəkləyir. Prezident İlham Əliyev müsahibəsində bu məqama xüsusi toxunaraq vurğuladı ki, dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi Azərbaycan-Rusiya əməkdaşlığının xarakterinə və formasına təsir göstərmədi. Belə bir Bəyannamənin imzalanmasını ən mühüm siyasi addım kimi qiymətləndirən dövlət başçısı əlavə etdi ki, bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır.

Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, orta məktəblərdə və ali təhsil müəssisələrində milli dillə yanaşı, rus dilini də tədris dili kimi qoruyub saxlayır. Bundan başqa, regionlararası əməkdaşlıq genişlənir. Azərbaycan Rusiyanın 70-dən çox subyekti ilə yaxın əlaqələr saxlayır, şimal qonşumuzun regionları ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrə dair 10-dan çox saziş mövcuddur. Təbii ki, yuxarıda sadalananların hamısı Prezident İlham Əliyevlə Prezident Vladimir Putin arasında şəxsi etimad münasibətləri və yüksək səviyyəli qarşılıqlı anlaşma sayəsində mümkün olmuşdur.

Vəfa Əliyeva,
18 saylı uşaq poliklinikasının baş həkimi

Oxşar Xəbərlər

Back to top button